2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yaqland hakimiyyətin ona qarşı hücumuna cavab verdi

yaqland-yeniAvropa Şurasının baş katibi Tyorborn Yaqland Azərbaycan hakim dairələrinin son günlərdə bu quruma və şəxsən onun özünə qarşı təşkil elədiyi hücum kampaniyasına münasibət bildirib. Yaqland feysbuk səhifəsində paylaşdığı açıqlamada bildirir:

Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb. Bu kampaniyaya səbəb uzun illərdir həbsdə saxlanılan İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa Şurasının 3 il əvvəl irəli sürdüyü tələbi Azərbaycan hakimiyyətinin yerinə yetirməməsini pisləməyim və daha ciddi addımlara çağırmağımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Mənə qarşı hücumlarda vaxtilə azadlığı üçün çox çalışdığımız Eynulla Fətullayev mühüm rol oynayır. O, azadlığa çıxandan sonra hakimiyyətin müdafiəçisi kimi çıxış etməyə başlayıb.

Məni narahat edən odur ki, Azərbaycan hakimiyyəti həbsdəki fəalara qarşı zorakı siyasətini davam etdirərək, onları əfv ərizəsi alıb Heydər Əliyevin heykəli önünə göndərmək praktikasını davam etdirəcək. Biz indiyədək dəfələrlə belə mənzərənin şahidi olmuşuq. Mən hələ 2 il əvvəl Avropa Şurası Nazirlər Komitəsində belə praktikanın dözülməz olduğunu bildirmişdim.

Biz nəhayət, neft-qaz maraqlarını kənara qoyub siyasi məhbus məsələsinə xüsusi önəm verməliyik. Siyasi məhbuslara azadlıq tələbimizlə biz Avropanın müqəddəs hesab etdiyi ədalətli məhkəmə prinsipinə sadiqliyimizi nümayiş etdirməliyik.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button