Cəmiyyət

Yaqub Eyyubovdan 1 miyardlıq iddiaya yarım cümləlik “cavab”

Ötən gün mətbuatda Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb.

Sözügedən xəbərdən bir sutkadan çox vaxt keçsə də, ittihamla bağlı nə Nazirlər Kabineti, nə də Yaqub Eyyubov tərəfindən bu rezonans doğuran məsələyə reaksiya bildirilib.

İlk baxışdan ölkə gündəminə bomba kimi düşən bu xəbərə heç bir rəsmi açıqlama verilməyib.

Yalnız Gununsesi.info saytı Yaqub Eyyubovu taparaq ona zəng edib. Dövlət rəsmisi isə jurnalistin sualına hətta tamamlanmayan cümlə ilə cavab verib və dəstəyi yerə qoyub:

“Nə pul, nə 1 milyard… Kim deyir bunu?”

Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması barədə faktlar illər öncə də yayılıb.

24 saat” “Yaqub Eyyubovdan 1 miyardlıq iddiaya yarım cümləlik “cavab”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Məhv olan tarix: Zirədəki təmirə ehtiyacı olan qədim evlərdən FOTOREPORTAJ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button