Bizim tərcümə

Yardımlar davam edir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-15 08:00:38

class=”medianet-inline-adv”>

Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq iki böyük zəlzələdən sonra dünya Türkiyəyə yardım əlini uzadıb.

Saytların yığılması Saytlarin yigilmasi

Körfəzdən 200 MİLYON DOLLAR

Qətərdə toplanan ianələr 60 milyon dolları keçib. Türkiyə və Suriyadakı zəlzələ fəlakəti üçün Dünya Kubokunda istifadə edilən cəmi 10 min konteynerin göndəriləcəyini açıqlayan Qətərdə sevkiyatlara başlanılıb. Səudiyyə Ərəbistanına yardım 89 milyon dolları keçib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Türkiyə üçün 50 milyon dollar ianə toplanıb. Küveytdə toplanan yardımın məbləği ən azı 30 milyon dollar olub.

BOSNİYADAN GENERATÖR

Sarayevodakı “pomozi.ba” humanitar yardım təşkilatı tərəfindən zəlzələdən zərərçəkənlərə yardım toplama mərkəzinə gətirilən qızdırıcılar, generatorlar, ədyal və yataq çantaları könüllülər tərəfindən yük maşınına yüklənib.

class=”medianet-inline-adv”>

SEULDAN RESURS HƏRƏKƏTİ

Cənubi Koreya prezidenti Yoon Suk Yeol Kahramanmaraş mərkəzli zəlzələlərlə əlaqədar bütün mövcud resursların səfərbər edilməsi barədə göstəriş verib. Cənubi Koreya parlamenti deputatların maaşlarının 3 faizini zəlzələdən zərər çəkənlərə bağışlamaq qərarına gəlib.

YAPONİYADAN ITBI avadanlığı

Yaponiya səfirliyindən verilən açıqlamada, Yaponiya Beynəlxalq Təcili Xilasetmə Qrupuna bağlı tibbi heyət üçün lazımi tibbi avadanlıq və digər yardım materiallarının Türkiyəyə gəldiyi bildirilib. Açıqlamada, 73 nəfərlik xilasetmə qrupunun altında göndərilən tibb qrupunun əməliyyat otağı ilə təchiz olunmuş müəssisədə dəstək fəaliyyətləri həyata keçirəcəyi bildirilib.

ÇİNDƏN İKİNCİ TƏRƏF YARDIMI

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin, yorğan və çadır kimi təcili yardımların daxil olduğu yardımın ilk hissəsinin 11 və 12 fevral tarixlərində Türkiyəyə çatdığını bildirib. Vanq bildirib ki, yardımların ikinci hissəsinin, o cümlədən elektrokardioqrafiya və ultrasəs avadanlıqları, tibbi nəqliyyat vasitələri və portativ xəstə çarpayılarının bu həftə göndərilməsi planlaşdırılır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button