ÖLKƏ

Yas və toy mərasimlərinə nə zaman icazə veriləcək? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq bəzi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Karantin rejimin növbəti yumşaldılmasında toy və yas mərasimlərinə icazə veriləcək?
Bununla bağlı sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib:

“Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələki çox tezdir. Çünki, toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Hələ yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə də, insanlarımızı və özümüzü risk altına atmamalıyıq. Dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button