2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Yaşadığım evin həyətində polis təxribatı ilə üzləşdim”

Bəxtiyar Hacıyev: ”Guya polis maşınının qapısını əzmişəm, polisin qolunu cırmışam”

İctimai fəal, sabiq vicdan məhbusu Bəxtiyar Hacıyev polis əxribı ilə üzləşdiyini bildirir.

24saat.org xəbər verir ki, bu barədə B.Hacıyevin özü məluma verib:

“Gecə ofisdən çıxıb, evə gəlirdim. Yaşadığım həyətdə parkinq yeri axtardım, park elədim, yavaş-yavaş piyada evə doğru gedirdim, bloka yaxınlaşmışdım ki, 99-YP-281 nömrəli YXP avtomobili həyətə girdi. Mən düşündüm ki, nə isə soruşmaq istəyirlər, dayandım, bir YPX yaxınlaşdı ki, niyə burada saxlamısan, hərəkətlərin şübhəlidir, içkilisən? Dedim bu binada yaşayıram və spirtli içki içmirəm. Dedi mən nə bilim ki, burada yaşayırsan? Gedək, spirtli içki içib-içmədiyini yoxlayaq.

Saytların yığılması Saytlarin yigilmasi

Dedim axı mən sükan arxasında deyiləm, evə qalxıram, qabağımı kəsmisən filan. Qabağımda dayanıb, itələməyə başladı ki, hara gedirsən? Yoxlamalıyıq səni də, sənədlərini də, yoxsa, PPX çağıracağıq. Dedim sənədlər maşındadır, gedək göstərim, PPX da çağırın əsasınız varsa, gedək harada istəyirsinizsə, alkoqol testi də keçim, heç bir problem yoxdur. Maşına gəlib oturanda digəri qapısını açıb, maşınımın qapısına toxundurdu, sonra da ‘indi PPX gəlsin, deyəcəyik ki, maşının qapısını əzmisən’ dedi. Mən baxım ki, bunlar şərləməyi şərəf bilənlərdəndir, maşının qapılarını bağlayıb, YPX maşınının qapısının zədələnmədiyini çəkdim, canlı yayım etdim. PPX gəlmədiyini görüb, YPX avtomobilini arxaya çəkdilər, gəlib pəncərədən hücum etdilər, qapını açıb, telefonumu qapıb, hər ikisi qolumu buraraq YPX maşını ilə 27-ci bölməyə apardılar. Yolda Adil adlısı boğazımı sıxıb, məni boğmağa çalışırdı.

Bölmənin həyətində Adil adlı YPX işçisi mənim yanılmadığımı sübut etdi, bir kənara çəkildi, bir az sonra qolunu tutaraq ‘Ay Allah ağrıdan öldüm, dərman gətirin mənə’, ‘maşının qapısını əzib’ deyərək, ypxşüvənliyə başladı. Məni bir neçə dəfə təxribata çəkmək istədi, ‘yaşadığın evi tanıyıram, gör sənə nə edəcəm’ filan deyib, hədələyib, çalışırdı ki, ona nə isə cavab qaytarım. Mən isə tam sakit şəkildə ‘nə istəyirsiniz deyin, nə istəyirsiniz yazın, mən onsuz da sizin belə ypxşüvənliyinizdən qorxub, geri çəkilməyəcəm, əvvəl axır telefonum mənə qayıdacaq, mən sizin hərəkətlərinizdən şikayət edəcəm, onsuz da sübut kimi video var, yayılıb, qapınıza heç nə olmayıb’ dedim.

Bölmə əməkdaşları məni hörmətlə və nəzakətlə qarşıladılar, sağ olsunlar. Təklif etdilər ki, məsələni xoşluqla bağlayaq, hərə öz işinə getsin. Razılaşmadım ki, həyətdə blokun ağzında durub, itələyərək binaya daxil olmağa qoymayan, məni şərləməyə çalışan, təzəcə müalicəsi bitmiş sınıq qolumu burub, vurub, zorla bölməyə gətirən, ‘evini tanıyıram, ünvanı izahatından götürdüm, görərsən nə edəcəm’ deyərək təhdid edən məxluqlarla danışmaq istəmirəm, şikayətimi edəcəm. Ərizəmi və izahatımı yazdım, bir neçə saat dincəlməyim üçün evə gəldim, saat 9:00 radələrində yenidən bölməyə getməliyəm.

Çölə çıxanda məlum oldu ki, bu öz qolunu cırmaqlayıb, ‘Ay Allah öldüm, ürəyim getdi, dərman gətirin’ deyən Adil adlı şəxs raport yazıb ki, mən həm də YPX maşınının qapısını yox, arxasını əzmişəm. Elə yazıb, çünki, qapının videosu var, əzilmədiyi görünür.

Belə… Dəfələrlə dediyimi təkrarlayım – hökümət adilkimiləri, ypxşüvənlik edənləri öz siması kimi özünə yaraşdırırsa, biz nə edək? Sadəcə belələrinə məclislərdə, üz-üzə gələndə, etdikləri hərəkətin əsl adını demək olar. Hökümət isə bu qurumu saxlasın, böyütsün, yeni elmarvəliyevlər yaratmağa davam etsin”.

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button