2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yasamal sakinləri: “Belə görünür ki, bu mövsümdə də evdə palto ilə gəzəcəyik”

Yayımlandı: 21 Noyabr 2022 13:53

“Azəristiliktəchizat”dan deyilir ki, problemi həll etmək üçün yol bağlanmalıdır

“Ötən il bütün qışı binaya istilik verilmədi. Ümid edirdik ki, bu il problem aradan qaldırılacaq, bina istiliklə təmin ediləcək. Amma belə görünür ki, bu mövsümdə də evdə palto ilə gəzəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi 30 ünvanında yerləşən binanın sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, 108 ailənin yaşadığı 9 mərtəbəli binaya axırıncı dəfə ötən ilin noyabrında istilik verilib. Sonradan magistral xəttə problem baş verib, bir ildir dəfələrlə müraciət edilməsinə baxmayaraq məsələ həllini tapmır.

“Şərifzadə küçəsindəki istilik xəttində qəza baş vermişdi, bu səbəbdən ötən il istilik olmadı. Bir ildir xətti təmir edib bitirmirlər. Keçən il elektrik qızdırıcılarından istifadə edirdik, indi işıqpulu da artıb. Elə ailələr var ki, evinə güclə çörəkpulu aparır”,- sakinlərdən Adil Abbasov deyib.

Şikayətçilər bildiriblər ki, bir ildir “Azəristiliktəchizat” ASC, Yasamal Rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlara dayanmadan məktub yazırlar. ASC-nin nümayəndələri xətti təmir etmək üçün əraziyə gəliblər, amma iş yarımçıq saxlanılıb. Sakinlərə bildiriblər ki, qəza nəticəsində baş vermiş problemi aradan qaldırmaq üçün küçə tamamilə bağlanmalıdır. Həmin ərazilərdən kommunikasiya xətləri keçir. Buna görə də bütün aidiyyatı orqanlardan icazə alınmalıdır:

“Binada yaşayanların əksəriyyəti çətinliklə dolanır. Elektrik qızdırıcısı qoyursan işıqpulu yığılır, qoymursan da, dərmana pul xərcləyirsən. Yeməyə güclə pul çatdırırıq, toxun acdan xəbəri yoxdur”.

“Azəristiliktəchizat” ASC-dən isə bildiriblər ki, Şərifadə küçəsinin qəza baş verdiyi hissəsindən bir neçə kommunikasiya xətləri keçir, bu səbəbdən nəqliyyatın hərəkətini dayandıraraq xətti dəyişdirmək cəmiyyətin imkanları xaricindədir:

“Küçə tam bağlanmalıdır, ən azı 4-5 gün iş aparılmalıdır”.

Qurumdan bildirilib ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin texnoloji rejim parametrlərinə uyğun olaraq fəaliyyətinin təşkili, yaşayış binalarının və sosial obyektlərin istilik təchizatının etibarlığı və fasiləsizliyinin təmin edilməsi üçün “İstilik şəbəkələri”nin və “Qazanxana qurğuları”nın istismar təlimatlarına uyğun olaraq magistral istilik şəbəkələrində və istilik məntəqələrində daim olaraq zəruri tənzimləmə işləri aparılmalıdır.

“Kamal Rəhimov küçəsindəki 30 saylı binanın normal istiliklə təmin olunması üçün Abbas Mirzə Şərifzadə küçəsi boyu yerləşən magistral istilik xəttində işçi təzyiqin 4,2 atm-dən 6,0 atm-ə qədər qaldırılması zəruriyyəti yaranır ki, bu da uzun illər istismar olunan magistral istilik xətlərində qəzaların baş verməsi ilə bərabər, 3147, 3153, 3155, 3158-ci məhəllələrdə yerləşən istilik məntəqələrinin iş rejiminin pozulmasına səbəb olur. Bu isə öz növbəsində 49 yaşayış binası, 5 orta məktəb, 1 uşaq bağçası, 2 səhiyyə obyekti və 19 təsərrüfat hesablı obyektin normal istiliklə təmin edilməsinə ciddi təsir göstərir”, “Azəristiliktəchizat”dan bildirilib.

Bundan başqa, qurumdan bildirilir ki, işçi təzyiqin 4,2 atm-dən 6,0 atm-ə qədər qaldırılması enerjidaşıyıcılarından səmərəsiz istifadəyə səbəb olmaqla qurumun maliyyə vəziyyətinə birbaşa təsir göstərir:

“Buna görə də “Azəristiliktəchizat” ASC Texniki Şuranın bununla əlaqədar xüsusi iclasında mütəxəssislərin yekdil rəyinə əsasən, Kamal Rəhimov küçəsindəki 30 saylı yaşayış binasının mərkəzləşdirilmiş istilik təchizatı sxemindən çıxarılması məqsədəuyğun hesab edilib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button