2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yasamalda güclü yanğın: İki mənzil külə döndü, ölən var

Mayın 17-də axşam saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Üçmərtəbəli bina taxta konstruksiyalı olduğu üçün hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ikinci dərəcəli yanğın çağırışı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanğının söndürülməsinə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika və 92 şəxsi heyəti cəlb edilib, alov 35 dəqiqə ərzində lokallaşdırılıb. Xilasedicilər tərəfindən yeddi nəfər təxliyə edilib.

Yanğının kəşfiyyatı zamanı mənzildə bir nəfər qadın meyiti aşkar edilib. Yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Yelen Abdullayeva ölüb.

24 saat” “Yasamalda güclü yanğın: İki mənzil külə döndü, ölən var” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button