2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yasamalda köçkünlərin yaşadığı yataqxanada yanğın olub

“Evimizdən heç nə götürmək imkanımız olmayıb”

Saytların yığılması Saytlarin yigilmasi

Bakıda Şərifzadə küçəsi, “Kaktus” restoranının yaxınlığındakı məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada yanğın olub.

Bu barədə Meydan TV-yə bina sakinləri məlumat veriblər. 2 bloklu, 5 mərtəbəli binanın sakinləri yanğının nə səbəbdən baş verməsini bilmədiklərini söyləyiblər:

“Güman ki, elektrik naqillərindən yaranıb. Günorta saatlarında ətrafı qara tüstü və qoxu bürüdü. Həyətə çıxmışdıq ki, binanın bir başından yanğının başladığını gördük. Evə girib uşaqları götürənəcən yanğının ərazisi bir xeyli böyüdü. Köhnə binadır, camaat taxtadan balkon artırıb. Odur ki, yanğın çox tez bir zamanda yayılır”.

Sakinlər binadakıların evakuasiya edildiyini, hazırda yanğının söndürüldüyünü bildirirlər:

“Ancaq uşaqlarımızı götürüb çıxa bilmişik. Evimizdən heç nə götürmək imkanımız olmayıb. Hətta binanın nə qədər hissəsinin yandığını, bizim evə gəlib çatıb-çatmadığını da bilmirik. Yaxına buraxmırlar. Sönəndən sonra gedib görəcəyik evimiz yanıb, ya yox”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri gəlib. Yanğın söndürülüb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button