2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yasamalın başçısı: Çovdarovla Mərdəkanı bölüşüb, Mahmudovu təbrik edib – Şok faktlar

Bakının Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin adı Milli Təhlükəsizlik Nazirliyinin işində hallanıb.

24saat.org-un əldə etdiyi məlumata görə, Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələri bölüşdürülüb.

1999 – 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə bir neçə məmura Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb. Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən irihəcmli məqalədə açıqlanıb.

24saat.org-un verdiyi məlumata görə, 2009-cu ildə Yasamal Rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 illik yubileyi keçirilib. İcra başçısı İbrahim Mehdiyev tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən danışıb.

O, əldə etdikləri uğurlarda böyük xidmətləri olan MTN-in naziri Eldar Mahmudovu və digər əməkdaşlarını rayon ictimayyəti adından və şəxsən öz adından bu şanlı yubiley münasibətilə təbrik edib.

Bundan başqa, Eldar Mahmudov paytaxtın təsərrüfat sahələrinə nəzarət edən obyektlərin rəhbərliyinə də öz adamlarını yerləşdirib.

Onlardan biri də məhz Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Xalıq oğlu Hacıyev olub.

Akif Hacıyevin idarə etdiyi avtomobillərin dövlət nömrə nişanları ilə Eldar Mahmudovun oğlunun maşınlarının eynilik təşkil etdiyi deyilir.

Həmçinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri sabiq nazirlə münasibətlərindən istifadə edərək oğlunu MTN -ə işə düzəltdiyi deyilir.

Eldar Mahmudova arxalanan Akif Hacıyev nə Yasamal rayon icra hakimiyyəti ilə nə də Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi ilə hesablaşıb.

Eldar Mahmudovun vəzifədən getdiyi günə qədər fəxrlə “88”lə başlayan şəxsi avtomobillərini idarə edən Akif Hacıyev, sabiq nazirin vəzifəsindən alındıqdan sonra bu maşınlardan imtina etməyə başlayıb. Bütün tərəfləri dinləməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button