2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yaşayış minimumu 14 manat , sosial yardımın ehtiyac meyarı isə 30 manat artırılır

Kağız və kitaba görə ƏDV ləğv olunur

Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” və “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunlara dəyişlik edilib.

“2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunub.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat idi.

Bu o deməkdir ki, ötən illə müqayisədə yaşayış minimumunda 14 manat, pensiyalarda 13 manat artım nəzərdə tutulub.

“2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində edilən dəyişikliyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat olub.

Kağız və kitab ƏDV-dən azad olunub

Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənənn kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Foto: Trend.az
Hazırda ƏDV dəyəri 18 faiz təşkil edir.

Azərbaycana gətirilən kitablara görə 7 faiz gömrük rüsumu tutulur.

Hibrid maşınlara görə vergi ödənilməyəcək

Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button