2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yaşı 65-dən çox olan şəxs niyə kredit götürə bilməz?

Vahid Əhmədov: “İnsanlar deyir ki, maaşın 2 mislindən artıq kredit verilmir”

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bir sıra açıqlamalarla çıxış edib. Millət vəkili bildirib ki,

Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət göstərdiyi bir il müddətində bankların diaqnostikasını aparıb və yaranmış vəziyyətlə tanış olub. V.Əhmədov deyib ki, keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. 10 bankın bağlanması isə Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb: “Biz millət vəkili, iqtisadçı olaraq həmişə qeyd etmişik ki, bankların bağlanmasının tərəfdarı deyilik. Bu, Azərbaycan iqtisadiyyatına və vətandaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər. Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin”.

Deputat deyib ki, minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət alıb. O, bankların əksəriyyətiylə insanlara depozitlərin, kreditlərin ödənilməsinə köməklik göstərmələrini xahiş edib:

“Bu gün Azərbaycanda bank sistemi fəaliyyətsizdir. Bank sistemi kredit vermir. Bunun da müəyyən hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atırlar. Deyirlər

ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Niyə? Bu hansı qanunda yazılıb? Bəlkə o adamın 1000 manat ehtiyacı var. Niyə kredit götürə bilmir? Banklar deyirlər ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi tapşırığıdır”.

V.Əhmədov “Azadliq.info”ya açıqlamasında sözügedən problemlə bağlı ona çoxlu müraciətlər olduğunu söyləyib. Cəmiyyətin ən həssas təbəqəsi kimi, 65 yaşından yuxarı insanlara kredit verilməməsi məsələsinə toxunan deputat, bu məsələnin hələ müzakirə olunacağını söyləyir:

“Bu barədə geniş müzakirələr aparılıb məsələyə yenidən baxılmalıdır. Çünki mənə bununla bağlı çoxlu müraciətlər var. Ehtiyat kreditləri deyilən məsələ var ki, buna diqqət yetirilməlidir. İnsanlar deyir ki, maaşın 2 mislindən artıq kredit verilmir. Bütün bu məsələlər yetərincə aydınlaşdırılmalıdır”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button