2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Yataqlardakı boşluqlar doldurulmasa, zəlzələnin olacağı şəksizdir”

 

Saytların yığılması Saytlarin yigilmasi

Ölkədə hər il 2000-2500-dək hiss olunmayan təkanlar olur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mart ayında ölkə ərazisində hiss olunan cəmi bir zəlzələnin qeydə alındığını deyib. O bildirib ki, ötən ay maqnitudası 3-dən yuxarı olan, hiss olunmayan bir neçə təkan qeydə alınıb: “Həmin təkanların bir neçəsi Xəzər dənizində, biri Hacıqabulda qeydə alınıb. Bir də, Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdə maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb, həmin zəlzələnin dərinliyi az olduğu üçün hiss olunub”.

Mütəxəssis qeyd edib ki, zəif, hiss olunmayan təkanlar hər gün olur və bu normal haldır. Q.Yetirmişli Bakı ərazisində heç bir aktivliyin olmadığını da deyib.

Ekoloq Telman Zeynalov Azadlıq.info-ya açıqlamasında söyləyib ki, ölkənin ən yüksək zəlzələ ocaqları Bakı, Şamaxı, Şəki və Zaqatala hesab edilir. Ekoloq deyib ki, ölkədə hər il 2 min, 2500-ə qədər təkanlar olsa da insanlar onu hiss etmir:

“Lakin mən inanmıram ki, ölkədə yüksək ballı zəlzələ baş versin. Çünki formalaşma gedir, ərazilər hündürə qalxır, Xəzəryanı ərazilər isə çökür. Bu mənada ölkədə yüksək balla zəlzələ olacağı gözlənilmir. Amma bu məqam arxayınlıq yaratmamalıdır. Dövlət əhalini mütəmadi olaraq məlumatlandırmalıdır. Birmənalı şəkildə dənizdəki neft-qaz yataqlarında boşluq yaratmaq olmaz. Orada boşluq yaranan kimi qazla dolur və real zəlzələ ocağına çevrilir. Boşluq yaranan ərazini su ilə doldurmaq lazımdır. Onu kimyəvi elementlərlə doldurmaq əks effekt verə bilər. Dövlət bunun fərqində olmalıdır. Yataqlardakı boşluqlar doldurulmasa, ərazidə sürüşmə və zəlzələnin olacağı şəksizdir”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button