2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yataqxana sakinləri problemlərinin həlli üçün ölkə başçısına açıq məktub yazdılar

Hörmətli, Cənab Prezident!

Biz, AMEA-nın Aspirantlar Yataqxanasının bir qrup sakinləri öz problemlərimizin həlli üçün son ümid yeri olaraq sizi görürük. Dəfələrlə müxtəlif qurumlara müraciət etsək də, bizi dinləyən tapılmayıb. Cənab Prezident, humanizminizə güvənərək və problemimizin həllinə kömək edəcəyinizə inandığımız üçün Sizə müraciət edirik.

“2012-ci ildə AMEA və “Yevrostroy -S” MMC tikinti şirkəti arasında yataqxana sakinlərinin də razılığı ilə müqavilə imzalanıb. Yataqxanının həyətində 5 böyük çoxmərtəbəli bina tikilib və bu binalrdan birində iki blok sakinlərin köçürülməsi üçün nəzərədə tutulub. Lakin bina hazır olduqdan sonra müqavilə unudulub. Üstəlik bu gün AMEA sakinlərdən yataqxananı tərk etməyi tələb edir.
Yataqxana sakinləri dəfələrlə müxtəlif qurumlara üz tutublar, şikayət ediblər, lakin səslərini eşidən yoxdur. Təmirsiz, divarları nəm qoxuyan, uçub tökülən bu binanın yalnız foyesində yüngülvari təmir işləri aparılıb, yuxarıdan gələsi qonaqlara göstəriş olsun deyə balaca bir zal hazırlanıb. Ölkəmizin beyin mərkəzi hesab olunan AMEA-nın əməkdaşlarının, ölkə ziyalılarının, alimlərinin uzun illər sürən bu çətin həyatına son qoymaq üçün isə heç bir qurum məsuliyyət daşımaq istəmir. Bu gün AMEA bizim problemimizi öz problemi hesab eləmir.

Saytların yığılması Saytlarin yigilmasi

Çox güman ki, mənimsənilmiş mənzillərin əvəzi başqa müqavilələr vasitəsilə ödənilib. Yataqxana ərazisində tikilmiş binalardan AMEA-nın məsul şəxslərinin eyni gündə mənzillər “almaları” bunu deməyə əsas verir. Doğrusunu isə hüquq-mühafizə orqanları təyin edə bilər.Xatırladaq ki:

AMEA-nın keçmiş prezidenti M.Kərimov 09 fevral 2013-cü ildə dünyasını dəyişib.

Mənzillərin alınması üçün bağlanmış müqavilələrin tarixi: hamısı 07 oktyabr 2013-cü il.

Nəğd pulla mənzil almış məsul şəxslər:
Əlizadə Akif Ağamehti oğlu – AMEA-nın prezidenti, aldığı mənzillərin sahəsi: 178,3 kv.m+63,4 kv.m=241,7, qiyməti: 133 725+47 550=181 275man.

Əlizadə Tamilla Aşum qızı – A.Əlizadənin yaxın qohumu, aldığı mənzillərin sahəsi: 178,3 kv.m+63,4 kv.m=241,7, qiyməti: 133 725+47 550=181 275man.

Quluyev İbrahim Said oğlu – AMEA-nın vitse-prezidenti, AMEA mənzil komissiyasının sədri, aldığı mənzilin sahəsi: 178,3 kv.m, qiyməti: 133 725man.

Bayramova Ülviyyə Rafiq qızı- 178,3 kv.m mənzili 133 725man. Deyilənə görə bu mənzili Abdullayev Fətəli (AMEA İşlər idarəsinin müdiri, AMEA mənzil komissiyasının üzvü) alıb.

Bizim əlimizdə bu saxtakarlıqları ifşa edən bütün sənədlər var və biz bu sənədləri dəfələrlə müxtəlif instansiyalara göndərmişik. Biz yataqxana sakinləri Sizdən bu problemin həllinə kömək etməyinizi xahiş edirik.

Hörmətlə, AMEA Aspirantlar Yataqxanasının sakinləri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button