2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

”Yaxın həftələrin psixoloji və iqtisadi hədəfi 1 dollar= 1,90-2 manatdı”

Natiq Cəfərli: ”Bu, neft qiymətlərinə neqativ təsir göstərəcək”

Azərbaycan Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sisteminin (FES) yeni qərarının manatın məzənnəsinə birbaşa təsiri olmayacağı ilə bağlı açıqlama yayıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu, doğru açıqlamadır, nəhayət ki, dolayı yolla olsa da, etiraf edirlər ki, ölkədə nə iqtisadiyyat var, nə iqtisadi təsisatlar və institutlar. Bir “durba” var, bir də Mərkəzi Bankın adını nə qoymaqlarından asılı olmayaraq, inzibati məzənnəsi var. Təbii ki, bizdə də qiymətli kağızlar bazarı, valyuta birjası, ölkəyə valyuta gətirən yüzlərlə şirkətlər, ciddi investisiya mühiti olsaydı, o zaman FED-in qərarı birbaşa təsir göstərəcəkdi:

Saytların yığılması Saytlarin yigilmasi

“İndi isə Mərkəzi Bank sadəcə FED qərarına istinad edərək manatın məzənnəsinin ucuzlaşma sürətini artıracaq. Yaxın həftələrin psixoloji və iqtisadi hədəfi 1 dolların, 1,90-2 manata bərabər olması gözləntisidir. Sonra çox şey neftin qiymətindən və FED-in gələn il faiz artırma intensivliyindən asılı olacaq. Dollar bahalaşdıqca, bu neft qiymətlərinə neqativ təsir göstərəcək. Yeri gəlmişkən, bugünkü hərracda dollar 1,7525 manat oldu, yəni, 1,75 psixoloji həddi də arxada qaldı”.

İqtisadçı deyir ki, vergi vətəndaşın borcudursa, hökumətin də məsuliyyətidir. Hökumətin məsuliyyəti və hesabatlılığı artmasa, vergi artımı, sadəcə vətəndaşın cibinə girməkdir. Ümumiyyətlə, hökumət fəlsəfi qərar verməlidir:

1) Ya vergi və rüsumları ciddi aşağı salıb, hüququn üstünlüyünü təmin edib, korrupsiyanı məhv edib iqtisadi aktivliyi yüksəltmək yolu ilə bir müddət sonra büdcəyə daxilolmaların orqanik artmasına nail olmaq;

2) Ya da vətəndaşın, biznesin vergi yükünü, kommunal ödənişlərini artırmaqla iqtisadi aktivliyi daha da zəiflətmək və bir müddət sonra əks effektlə – vergi yığımlarının azalması ilə qarşı-qarşıya qalmaq.

Natiq Cəfərli deyir ki, bu strateji seçim olmasa heç nəyin xeyri yoxdur, nə vergi artırmağın, nə “Yol Xəritəsinin”, nə də islahat adı altında təqdim edilən mənasız addımların heç bir effekti olmayacaq. Vətəndaşda vergi ödəyicisi mədəniyyətinin formalaşması üçün tək bir addıma ehtiyac var – o bilməlidir ki, ödədiyi vergilərə görə yaxşı xidmət alacaq və hökumət ona hesabat verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button