2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yaxınları Ceyhun Nəbinin harada saxlanıldığını öyrənə bilmirlər

Valideynləri DİN və ombudsmana müraciət hazırlayırlar

Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbidən iki gündür ki, xəbər yoxdur.

Bunu Meydan TV-ə onun atası Sərdar Nəbiyev deyib.

C.Nəbi üç ay Rusiyada qaldıqdan sonra, oktyabın 23-də Şəmkirə gəlib və orada saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fəalın atası bildirib ki, bu gün C.Nəbinin saxlandığını ehtimal etdikləri DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib. Lakin orada hər hansı informasiya verilməyib.

Doğmaları DİN-in “102” qaynar xəttinə də müraciət ediblər, ancaq cavab almayıblar. Onlar vəkil tutmaq qərarına gəliblər, həmçinin ombudsmana və Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.

C.Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən “Sovetlərlə üz-üzə” kitabının müəllifidir. O, həmçinin “Facebook” sosial şəbəkəsində Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button