SEÇMƏ

Yazıçı Anar bu dəfə də postunu heç kimə vermədi

Yayımlandı: 26 Oktyabr 2022 18:33

AYB sədri dəyişmədi

Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub. Emil Rasimoğlu və Fuad Cəfərli namizədliklərinin səsə qoyulmamasına etiraz edib, nəticədə mübahisə düşüb.

Anar Rzayev isə həmin şairlərə növbəti qurultayda uğurlar arzulayıb.

Səsvermə nəticəsində yeganə namizəd Anar növbəti 5 il ərzində də AYB-yə sədrlik edəcək.

AYB 1934-cü ildə yaranıb.

Seyfulla Şamilov 2 il, Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar.

Yazıçı Anar 1987-ci ildən birliyin sədri vəzifəsində çalışır.

Meydan TV

Gözdən qaçırmayın:  “Meymunun əlindəki qumbara” və Rusiyanın “Çirkli bomba” oyunu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button