2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yeganə dolanışıq mənbələrini itirən yaşlı cütlük göz yaşlarını saxlaya bilmədi

Türkiyədə yaşanan hadisə hər kəsi təsirləndirib.

Belə ki, yaşlı cütlüyə məxsus olan inəklər ildırım düşməsi nəticəsində tələf olublar.
Kütahya mərkəzinə bağlı Akoluk kəndində oğulları ilə birgə yaşayan Hüseyn və Fatma Girkin cütlüyünün yeganə dolanışıq mənbəyi olan inəklər ildırım düşməsi nəticəsində ölüb.
Heyvanları otlağa aparan Əhməd, bir müddət heyvanların yanından ayrılıb noxud tarlasına gedib. Qayıdan zaman isə gördüklərinə inanmayıb. 8 heyvandan 5-nin şiddətli yağış zamanı düşən ildırımla tələf olduğunu anlayıb və ailəsinə xəbər verib.
60 yaşlı cütlük inəklərə sarılaraq ağlamağa başlayıblar. Çünki onların yeganə dolanışıq qaynaqları bu inəkləri idi. İnəklərin bətnində buzovların da olduğunu deyən Fatma, heyvanlarının südünü sataraq dolanışıqlarını təmin etdiklərini deyib: “İllər əvvəl bir inəyimiz vardı. Bu inəklər çoxaldı və 8 inəyimiz oldu. İndi onlardan 5-i tələf olub. Bəzilərinin qarnında buzovları vardı. Bundan sonra nə edərik bilmirəm. Hər şeyimiz bu inəklər idi. Bu heyvanlar mənim övladım kimi idi. Bizə isə oğlumuz baxır. Nə edəcəyimizi bilmirik”.
Bu hadisə sosial mediada da insanları təsirləndirib. Türkiyənin müxtəlif bölgələrində yaşayan insanlar yaşlı cütlüyə yardım etmək istədiyini bildirib. Tez bir zamanda açıqlama yayan Kütahya valiliyi, həmin yaşlı cütlüklə əlaqə yaratdıqlarını və kənd təsərrüfatı nazirliyinin məsələ ilə bağlı araşdırma apardığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button