2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yeltsinin dostundan rəqibinə çevrilmiş Xasbulatov vəfat edib

1993-cü ildə Rusiya Prezidenti Boris Yeltsinlə qarşıdurmaya getmiş siyasətçi Ruslan Xasbulatov 80 yaşında vəfat edib. Moskvada parlament binasının gülləboran edilməsiylə nəticələnmiş həmin qarşıdurma postsovet Rusiyasının siyasi trayektoriyasını transformasiya edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya dövlət televiziyasının yanvarın 3-də verdiyi məlumata görə, Xasbulatov Moskva yaxınlığındakı evində vəfat edib.

Etnik çeçen olan Xasbulatov 1991-ci ildə Sovet İttifaqının son günlərində Yeltsinin yaxın müttəfiqi idi. Onların hər ikisi 1989-cu ildə Sovet İttifaqının Xalq Deputatları Qurultayına seçilmişdi. Qurultayda Yeltsinin başçılıq etdiyi fraksiya ovaxtkı prezident Mixail Qorbaçovun islahatlar proqramının yetərincə radikal olmadığını deyərək tənqid edirdi.

1991-ci ilin iyununda Rusiya Sovet Sosialist Respublikasının prezidenti postuna keçən Yeltsin Xasbulatovu parlamentin spikeri təyin edir.

Ancaq Yeltsinlə Xasbulatov rəqibə çevrilir, sonuncu Aleksandr Rutskoyla yaxınlaşır. 1993-cü ildə Yeltsin parlamenti buraxmaq qərarı verəndə Rutskoy hakimiyyəti ələ keçirməyə çalışır. Bu zaman Yeltsinə sadiq qüvvələr parlament binasına basqın edir, Xasbulatov və Rutskoyu həbs edir. Onların hər ikisi həbsə atılsalar da, sonradan əfv olunurlar.

Bu hadisələr Yeltsinə konstitusiyanı dəyişərək hakimiyyəti prezidentin əlində cəmləmək fürsəti verdi. Onun varisi Vladimir Putin isə sonradan bundan yararlanaraq demokratiyanın qalıqlarını demək olar, təmizlədi.

Xasbulatov 15 il sonra AzadAvropa/AzadlıqRadiosu üçün şərhində yazırdı ki, 1993-cü il hadisələri Rusiyada parlament demokratiyasının dağılmasını sürətləndirdi, güclü prezidentliyin oturuşmasına yol açdı.

1991-ci ilin avqustunda Qorbaçova qarşı qiyam olub, 1994-cü ildə isə Yeltsin “konstitusiya quruluşunun bərpasından ötrü” Çeçenistana qüvvələr göndərib. Bu aralıqda Xasbulatov Çeçenistandakı siyasi proseslərdə də vacib rol oynayıb.

1990-cı ilin noyabrında Cövhər Dudayev qeyri-rəsmi Çeçen Xalqının Ümumxalq Qurultayının sədri seçilib. Yeddi ay sonra, 1991-ci il, iyunun 8-də Qurultay Rusiya və SSRİ-dən kənar müstəqil Çeçenistan respublikasının yarandığını elan edib.

Xasbulatov 1991-ci ilin sentyabrında Yeltsinin elçisi olaraq Qroznıya gedib. Məqsəd Sovet İttifaqı Kommunist Partiyasının Çeçen-İnquş vilayət komitəsinin başçısı Doku Zavqayevi istefaya məcbur etmək idi. Ancaq Dudayev həmin ilin sonunda 90 faiz səs yığmaqla prezident seçildi.

Dudayev beş gün sonra fərman imzalayaraq Çeçenistanın müstəqilliyini təsdiqlədi. Bundan sonra Yeltsin Rusiya qüvvələrini Çeçenistana göndərdi. 1996-cı ilin avqustunda çeçen müqavimət qüvvələri Qroznını tutdu və rəsmi sülh sazişi imzalandı.

Xasbulatov sonradan deyirdi ki, Dudayevi “bircə güllə atmadan” devirmək olardı, amma Moskva müdaxilə edərək Xasbulatovun onun yerinə keçməsinə imkan vermədi. O, “Çeçenistanda müharibəni dayandırmağa necə mane oldular” kitabında bu haqda yazır.

Xasbulatov Çeçenistandakı prosesləri təhlil edirdi. O, infrastrukturun və respublika iqtisadiyyatının dağılmasının çeçen cəmiyyətinə psixoloji təsirindən yazırdı.

1942-ci il noyabrın 22-də Qroznının şimalında Tolstoy-Yurt kəndində anadan olmuş Xasbulatov Qazaxıstanda böyüyüb. O 1962-cı ildə Moskva Dövlət Universitetinə daxil olaraq hüquq üzrə dərəcə alıb. Daha sonra kapitalist ölkələrinin siyasi, sosial və iqtisadi inkişafı üzrə təhsil alıb.

24 saat” “
Yeltsinin dostundan rəqibinə çevrilmiş Xasbulatov vəfat edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button