“Ərdoğan Zaporojye üçün vasitəçilik təklif etdi”

2022-09-05 08:00:30

Qətər mərkəzli “Əl-Cəzirə” telekanalının xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyənin atom elektrik stansiyası ilə bağlı “taxıl dəhlizi razılaşmasına bənzər rol oynaya biləcəyini” bildirib. Təklif Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye zavodunu şəbəkəyə birləşdirən əsas elektrik ötürücü xəttinin sıradan çıxdığını elan etməsindən dərhal sonra verilib. Agentlik elektrik enerjisinin ehtiyat xəttlə aparıldığını bildirib. Ukrayna tərəfi daha əvvəl Rusiyanın bombardmanı səbəbindən şəbəkə bağlantısının kəsildiyini və enerji axınının qısa müddətə kəsildiyini bildirmişdi.

Tərcümə“24 SAAT”

Back to top button