100 dollar gözlədi, 10,5 milyon gəldi

2022-09-02 08:00:30

Avstraliyanın Melburn şəhərində yaşayan Thevamanoqari Manivel adlı qadının hesabına səhvən 10,5 milyon dollar pul qoyulub. Müştərisi olduğu kriptovalyuta mübadiləsi şirkəti Cripto.com-dan 100 dollarlıq ödəniş gözləyən qadın hesabında 10,5 milyon Avstraliya dolları (təxminən 130 milyon TL) görüb. Thevamanoqari Manivel bu pulla özünə və ailə üzvlərinə ev alarkən, şirkət adi yoxlamalar zamanı buraxdığı səhvi təxminən 7 ay sonra anlayaraq qadını məhkəməyə verib. Ötən həftənin sonunda yekunlaşan hüquqi prosesdə şirkətin lehinə qərar elan edilərkən, Maniveldən yanlış məbləği faizlə geri ödəməsi istənilib.

Tərcümə“24 SAAT”

Back to top button