30 saniyə süni günəş

2022-09-12 08:00:36

Seul Milli Universitetinin alimləri tərəfindən hazırlanmış Korea Superconducting Tokamak Advanced Research (KSTAR) adlı reaktorla 100 milyon dərəcədən çox ion temperaturu əldə edilib. Ancaq bu temperatur yalnız 30 saniyə saxlanıla bildi. Alimlər təmiz və sonsuz enerji əldə etmək ümidi ilə Günəşin və digər ulduzların enerji mənbəyi olan bu prosesi laboratoriya şəraitində təkrar istehsal etməyə çalışırlar.

KSTAR 15 milyon dərəcə temperatura malik Günəşi ötsə də, 4,6 milyard ildir öz temperaturunu və nüvə birləşmə prosesini qoruyub saxlayan Günəşlə müqayisədə bu reaksiya cəmi saniyələr çəkir. Çinin EAST adlı nüvə reaktorunun plazma temperaturu 2021-ci ilin may ayında 120 milyon dərəcə Selsiyə çataraq dünya rekordu qırdı və bu yüksək temperaturu 101 saniyə saxlamağı bacardı.

Tərcümə“24 SAAT”

Back to top button