31 yaşında dünyasını dəyişən meksikalı orqanları ilə 80 nəfərə ümid verib

2022-09-06 11:52:46

Meksikanın San Luis Potosi əyalətində orqanlarını bağışlayan adı açıqlanmayan 31 yaşlı şəxs orqan donorluğu ilə onlarla insana ümid bəxş edib.

Xəstənin beyin ölümündən sonra 50 saylı Regional Xəstəxanada aparılan əməliyyatla orqanlarının çıxarıldığı və sözügedən orqanların ehtiyacı olan xəstələrə köçürüləcəyi açıqlanıb.

Əməliyyatdan sonra orqan donorunun cəsədi xəstəxanadan çıxarılıb və o, dəhlizdə düzülən səhiyyə işçilərinin alqışları ilə son səfərinə yola salınıb.

Orqan donorunun ailəsi hər fürsətdə uşaqlarının bütün orqanlarını ehtiyacı olanlara bağışlamaq istədiklərini bildirdi.

Regional Ümumi Xəstəxana rəsmiləri əməliyyat nəticəsində mədəaltı vəzi, ürək, qaraciyər, buynuz qişa, dəri, böyrək və əzələ toxumalarının donordan xilas edildiyini və bu toxumaların orqan bağışlanmasını gözləyən 80 nəfər üçün ümid olacağını bildirib.

Tərcümə“24 SAAT”

Back to top button