ABŞ mətbuatında diqqət çəkən Türkiyə analizi: Yanımıza götürməliyik!

2022-09-04 09:59:34

Rusiya-Ukrayna müharibəsində təkcə diplomatik deyil, həm də strateji baxımdan mühüm rol oynayan Türkiyə prosesin idarə edilməsində əldə etdiyi uğura görə bütün dünyada təqdir olunmağa davam edir.

ABŞ mətbuatında əksini tapan son xəbərlər bunun mühüm göstəricisi oldu.

‘TÜRKİYƏ BİZİM YANIMIZDA OLMALIDIR’

“The Hill” qəzetində yazılan təhlildə ölkəmiz müharibə zamanı və müharibədən sonrakı rolu nəzərə alınaraq “ABŞ-ın mütləq öz tərəfinə çəkməli olduğu müttəfiq” kimi qeyd edilib.

“ABŞ-Rusiya müharibəsində Türkiyəni doğru yerdə saxlamaq” başlıqlı təhlildə Türkiyənin sülh danışıqları və taxıl dəhlizi danışıqlarında tutduğu qabaqcıl və düzgün mövqe təqdir edilib.

Qəzet daha sonra Türkiyənin “Qərbə” qaytarılmasının vacibliyini vurğulayaraq, ölkəmizin itirmək mümkün olmayan bir müttəfiq olduğunu bildirib.

Rusiya ilə Ukrayna arasında müharibə olsa da, Türkiyə ilə Rusiya arasında münasibətlərin xüsusilə iqtisadi baxımdan dərinləşməsi ABŞ-a xəbərdarlıq rolunu oynadı.

“Rusiyanın niyyəti bəllidir”

“The Hill” Rusiyanın çoxdan Türkiyəni NATO-dan qoparıb öz tərəfinə çəkmək istədiyini və bunu Qara dəniz və Şərqi Aralıq dənizindəki strateji hədəflərinə uyğun olaraq planlaşdırdığını yazıb.

Təhlillər Ağ Evin bu faktlara uyğun hərəkət etməyə başlamasını tövsiyə etsə də, o, Türkiyənin Qərbə qaytarılması üçün lazımi müsbət və ya mənfi stimulların tətbiq edilməli olduğunu bildirib.

ABŞ mətbuatında diqqət çəkən Türkiyə analizi: Yanımıza götürməliyik

‘DOĞRU HƏRƏKƏT YAPILMALIDIR’

Qəzet Türkiyənin böyük hərbi texnoloji gücünə və strateji əhəmiyyətinə toxunaraq, Türkiyənin NATO-ya üzvlüyü və Rusiyanın NATO ilə münasibətləri ilə bağlı “Türkiyə Rusiya üçün ölümcül və tarixi təhlükədir” sözləri ilə şərh etməyi də laqeyd qoymayıb.

Rusiyanın Türkiyəni Qərbdən və NATO-dan qopararaq Şərqi Aralıq dənizinə çıxmaq istədiyini deyən qəzet, Ukrayna və Krımın azad edilməsinə dəstəyi artırmaq üçün geosiyasi addımların atılmasının vacibliyini vurğulayıb.

Tərcümə“24 SAAT”

Back to top button