ABŞ Tayvana 1,1 milyard dollarlıq raket satışına icazə verib

2022-09-03 12:26:52

Son zamanlar artan Çin-Tayvan gərginliyindən sonra ABŞ-dan Tayvana silah satışı ilə bağlı yeni açıqlama gəldi. Pentaqonun dünən açıqladığı son silah müqaviləsinə görə, ABŞ Tayvana 1,1 milyard dollar dəyərində raket satacaq. Raketlər arasında Tayvan üçün həyati əhəmiyyət kəsb edən Harpoon gəmi əleyhinə raketləri və Sidewider qısa mənzilli hava-hava döyüş raketləri də yer alacaq.

Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) bəyanatında deyilir ki, planlaşdırılan silah satışı Tayvanın cari və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracaq. DSCA tərəfindən paylaşılan satılacaq silahların siyahısına 60 AGM-84L-1 Harpoon Block II raketi, 4 ATM-84L-1 Harpoon Block II təlim raketi, 100 AIM-9X Block II Sidewinder taktiki raket və logistika daxildir. Müqavilə həmçinin AIM-9X Block II taktiki marşrutlaşdırma vahidi, Müşahidə Radar Proqramı (SRP) üçün dəstək ilə yanaşı, Tayvana ehtiyat və təmir hissələrində texniki yardım göstərəcək.

Tayvana göndəriləcək silahların siyahısı açıqlandıqdan qısa müddət sonra ABŞ Dövlət Departamenti bildirib ki, bu satışlar Tayvanın silahlı qüvvələrini modernləşdirmək və etibarlı müdafiə qabiliyyətini saxlamaq səylərini dəstəkləmək üçün “adi hallar”dır. Bəyanatda həmçinin Çini Tayvana qarşı diplomatik və iqtisadi təzyiqlərini dayandırmağa və Tayvanla mənalı dialoqa getməyə çağırıb.

TAYVANDAN ABŞ-A TƏŞƏKKÜRLƏR

ABŞ-ın Tayvana silah satması Tayvan tərəfindən müsbət qarşılanıb. Tayvan Prezident Sarayının sözçüsü Xavier Çanq ABŞ hökumətinə bu il 5-ci ratifikasiya olunmuş silah sazişinə görə təşəkkür edib. Tayvan Milli Müdafiə Nazirliyi ayrıca mətbuat şərhində bildirib ki, ABŞ-ın proqnozlaşdırdığı silah satışı Tayvan ordusuna Çinin Tayvan yaxınlığında dəniz və hava məkanında “boz zona” təzyiq kampaniyasına qarşı daha yaxşı mübarizə aparmağa və onun effektivliyini artırmağa kömək edəcək. Tayvan Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, satışın ABŞ Konqresinə bildirildikdən 1 ay sonra qüvvəyə minməsi gözlənilir.
Digər tərəfdən, ABŞ 2010-cu ildən bəri Tayvana 35 milyard dollarlıq silah satıb.

Tərcümə“24 SAAT”

Back to top button