Albaniya İranla əlaqələrini kəsir

2022-09-08 08:00:33

Rama paytaxt Tiranada verdiyi açıqlamada bu qərara geniş araşdırmadan sonra gəldiklərini bildirib. Müvafiq olaraq, iranlı diplomatlara və səfirlik əməkdaşlarına ölkəni tərk etmələri üçün 24 saat vaxt verilib.

Baş nazir Rama bildirib ki, kiberhücum dövlət xidmətlərini iflic vəziyyətə salmaq və hökumət sisteminin elektron kommunikasiyasının qarşısını almaq məqsədi daşıyıb, lakin bu, məqsədlərinə çatmayıb. İran isə kiberhücum iddialarının əsassız olduğunu bildirərək, siyasi əlaqələri kəsmə qərarını “yanlış düşünülmüş və dar düşüncəli bir hərəkət” kimi qiymətləndirib. ABŞ və BMT-nin tələbi ilə Albaniyanın İranın müxalifət qrupu olan Xalq Mücahidləri Təşkilatından təxminən 3000 nəfəri qəbul etməsi Tehranı gərginləşdirib. Xalq Mücahidləri 1979-cu ildə İran İslam İnqilabı zamanı Ayətullah Xomeynini dəstəkləsələr də, inqilabdan sonrakı münaqişədən sonra rejimi devirməyə yönəlmiş hərəkətlərə keçiblər.

Tərcümə“24 SAAT”

Back to top button