Almaniya Müdafiə Nazirindən Ukrayna etirafı: Artıq silah yardımı mümkün deyil

2022-08-31 23:58:08

Almaniyanın müdafiə naziri Christine Lambrecht Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Meseberq qəsəbəsində keçirilən kabinet iclasında Ukraynaya silah yardımı ilə bağlı açıqlama verib. “Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) Ukraynanı silahla təmin etmək həddinə çatıb”, – nazir Lambrecht açıqlamasında deyib. Lambrecht bəyan edib ki, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.

Rusiyaya qarşı müdafiə üçün Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya silah yardımı edildiyini bildirən Lambrecht, yardımların davam edəcəyi təqdirdə “Almaniya Silahlı Qüvvələrinin milli və müttəfiqlik müdafiəsinə zəmanət verməkdə problemlər ola biləcəyini” bildirib.

Tərcümə“24 SAAT”

Back to top button