Almaniya nüvə enerjisini dəstəkləyir

2022-09-07 08:00:30

Rusiya təbii qaz borularını bağladıqdan sonra Almaniyada enerji böhranı riski artsa da, hazırda fəaliyyətdə olan son 3 atom elektrik stansiyasının 31 dekabr 2022-ci ildə bağlanacağı açıqlanıb. Baş nazirin müavini olan Yaşıl Federal İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck, “Bizim kifayət qədər enerjimiz var” dedi və “Atom Qanunu”nda nəzərdə tutulduğu kimi, atom elektrik stansiyalarında istehsalın dayandırılacağını söylədi.

İKİSİ GÖZLƏYƏCƏK

Bununla belə, o, gözlənilməz problem yaranarsa, 3 AES-dən ikisinin istismara verilməsi üçün ehtiyatda saxlanılacağını da bəyan edib. Bazar ertəsi axşam Berlində mətbuat konfransı keçirən Robert Habeck, “Enerji təchizatı naziri olaraq enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi edəcəyəm” dedi. Nazir Habeck, Aşağı Saksoniyadakı Ensland Atom Elektrik Stansiyasının tamamilə bağlanacağını, Bavariyadakı Isar və Baden-Vürtemberqdəki Neckarwestheim nüvə stansiyalarının lazım gələrsə, yeni ildən etibarən istifadəyə veriləcəyini açıqladı.

Tərcümə“24 SAAT”

Back to top button