Almaniyada kiçik təyyarə sirk dayanacağına düşüb: 2 nəfər ölüb

2022-09-04 21:45:57

Almaniyanın Duysburq şəhərində, Şimali Reyn-Vestfaliya əyalətində kiçik təyyarə FlicFlac sirkinin dayanacağına çırpılıb. Qəzada 2 nəfər həyatını itirib. Qəzaya uğrayan təyyarənin alovlanmasından sonra dayanacaqda olan ən azı 10 avtomobilə ziyan dəyib, qəza yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Bildirilib ki, qəza zamanı sirkdə nümayiş olub və insanların qəza yerinə getməməsi üçün şou ləğv edilməyib.

Təyyarə A59 şosesi yaxınlığında qəzaya uğradıqdan sonra magistral qısa müddətə nəqliyyat üçün bağlanıb, yanğın söndürüldükdən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Tərcümə“24 SAAT”

Back to top button