Azərbaycanda şəhid olan əsgərlərin sayı 77-yə çatıb

2022-09-16 15:05:01
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 əsgəri şəhid olub. Ermənistanın təxribatlarında şəhid olan Azərbaycan əsgərlərinin sayının 77-yə yüksəldiyi açıqlanıb.
Ermənistan Silahlı Qüvvələri sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində irimiqyaslı təxribatlar törədib. Azərbaycan Müdafiə Nazirliyi genişmiqyaslı təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 71 əsgərinin şəhid olduğunu açıqlayıb.
Tərcümə“24 SAAT”