2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

BMT-nin bəyanatı: 6,4 milyon pakistanlının vəziyyəti ağırdır

2022-09-03 16:47:11

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pakistan nümayəndəsi Dr. Palitha Mahipala paytaxt İslamabaddan mətbuata açıqlamasında “6,4 milyondan çox insanın humanitar yardıma ciddi ehtiyacı var” dedi.

Son həftələrdə mussonlar ölkənin bəzi əyalətlərində illik orta yağıntının beş qatından çox olub və iyun ayından bəri 1200-dən çox insan həyatını itirib.

Həyatını itirənlərin 400-ə yaxınının uşaq olduğu bildirilib.

SU XƏSTƏLİKLƏRİ ARTIB

UNICEF-in Pakistandakı nümayəndəsi Abdullah Fadil 18 minə yaxın məktəbin dağıdıldığını və minlərlə məktəbin bağlanmalı olduğunu açıqlayıb.

Bildirilib ki, daşqın nəticəsində təhsil sistemi aldığı xəsarətlərlə yanaşı, səhiyyə sistemini də böyük təhlükələr gözləyir.

Yardım agentlikləri ishal, vəba, Denge qızdırması və ya malyariya kimi ölümcül su yoluxucu xəstəliklərin artması barədə xəbərdarlıq ediblər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button