Böyük Britaniyada 10-cu yerə kim keçəcək: Qalib sabah elan olunacaq

2022-09-04 08:00:29

Həftələrlə davam edən yarış 47 yaşlı xarici işlər naziri Liz Truss ilə 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak arasında olub. Başlanğıcda Sunakın adı liderlik üçün məşhur olsa da, Boris Conson cəbhəsi keçmiş maliyyə nazirinə qarşı mövqe tutduqca tarazlıq Liz Trussın xeyrinə dəyişdi. Sunak seçilərsə, Böyük Britaniyanın Hindistan əsilli ilk baş naziri olacaq.

KRALIÇANI GÖRMƏK ÜÇÜN

Avqustun əvvəlindən partiya nümayəndələrinin onlayn və ya poçt vasitəsilə səs verdiyi seçkinin nəticələri sabah açıqlanacaq. Bundan bir gün sonra baş nazir Boris Consonun istefa ərizəsini Kraliça II Yelizavetaya təqdim edəcəyi gözlənilir. Ölkənin yeni lideri daha sonra baş nazirin iqamətgahı kimi istifadə edilən Dauninq-strit 10 ünvanındakı mənzilə köçəcək.

Tərcümə“24 SAAT”

Back to top button