Brokoli şorbası reseptini bəyənməyənlərin belə sevəcəyi! Brokoli şorbası necə hazırlanır?

Şorbalar süfrənin əvəzolunmaz ləzzətləri olaraq görülür, qışda içimizi qızdırır, mədəmizi yeməyə hazırlayır. Qış aylarında mərcimək, tarhana kimi şorbaları davamlı olaraq içməkdən bezmisinizsə, brokoli şorbasını dadmalısınız.

İNQRİDİYENTLƏR

  • 500 qram brokoli
  • 7 stəkan su
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı un
  • 1,5 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara bibər

SPESİFİKASİYA

  • Kiçik parçalara kəsilmiş 500 qram brokolini 7 stəkan su ilə qaynadın. Brokoli qaynadıqdan sonra süzgəc köməyi ilə çıxarın və suyunu kənara qoyun.
  • Sonra 1 xörək qaşığı zeytun yağı və kərə yağı dərin bir qazanda əridin. Üzərinə 1 xörək qaşığı un əlavə edib iyi gələnə və açıq rəng alana qədər qovurun.
  • Brokolini qaynaddığınız su ilə qovrulmuş unun içinə az-az əlavə edin və topaqlar qalmaması üçün daim çırpma ilə qarışdırın. Bu şəkildə 2-3 dəqiqə qaynadıqdan sonra qaynadılmış və süzülmüş brokolini suya əlavə edin.
  • Şorbanı əl blenderindən keçirib homojen bir tutarlılıq əldə edin və sonda 1,5 çay qaşığı duz və yarım çay qaşığı qara bibər əlavə edib qarışdırın.
  • Brokoli şorbasını qaynadək gətirin, ocağı söndürün və isti xidmət edin.

NUŞ OLSUN!

Tərcümə“24 SAAT”

Back to top button