Çində zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb

2022-09-06 14:33:35

Çinin Sıçuan əyalətində dünən yerli vaxtla saat 12:52-də baş verən 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada zəlzələdə ölənlərin sayının 65-ə yüksəldiyi, 248 nəfərin yaralandığı, onlardan 56-nın vəziyyətinin ağır olduğu bildirilib. Yaralıların xəstəxanada müalicəsinin davam etdiyi, itkin düşən 12 nəfərə isə hələlik çatmadığı bildirilib. Bildirilib ki, zəlzələ nəticəsində 243 ev dağılıb, 13 min ev və 7 su elektrik stansiyası zədələnib, bəzi magistral yollar yararsız hala düşüb.

Çinin rəsmi xəbər agentliyinin verdiyi açıqlamada, xilasetmə qruplarının zəlzələ bölgəsində qapalı qalan 200-dən çox insanın təxliyəsi üçün işlərini davam etdirdiyi qeyd edilib. Zəlzələnin episentri olan Lüdinq bölgəsində zədələnmiş telefon və elektrik xətlərinin və su şəbəkələrinin təmiri davam etdirilərkən, zəlzələdən zərər çəkənlərə ərzaq yardımı edilir.

Zəlzələ ilə əlaqədar yüksək səviyyəli fövqəladə xəbərdarlıq rejiminə keçən Sıçuan əyalətində zəlzələ qurbanları üçün çadır düşərgələri qurulub.

Tərcümə“24 SAAT”

Back to top button