Çində zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

2022-09-08 11:33:51

Ötən bazar ertəsi Çinin Sıçuan əyalətində yerli vaxtla saat 12:52-də baş verən 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada zəlzələdə ölənlərin sayının 82-yə yüksəldiyi, 270-dən çox insanın yaralandığı bildirilib. Yaralıların xəstəxanada müalicəsinin davam etdiyi, itkin düşən 35 nəfərə isə hələlik çatmadığı bildirilib.

Səlahiyyətlilər bölgədə yeraltı təkanların davam etdiyini bildirərkən, Sıçuan əyalətinin Ludin bölgəsində zəlzələ riski ilə bağlı narıncı xəbərdarlıq edilib.

Ötən ilin iyununda Çinin Sıçuan əyalətinin Yaan şəhərində baş verən zəlzələdə 4 nəfər, 2013-cü ildə qeydə alınan 7 bal gücündə zəlzələdə isə 100-dən çox insan həlak olub.

Tərcümə“24 SAAT”

Back to top button