Dağıntılar altından 24 saat sonra sağ-salamat xilas edildi! Cəmi 4 aylıq…

2022-09-15 16:24:09

İordaniyanın paytaxtı Əmmanın Əl-Veybdə bölgəsində 4 mərtəbəli binanın çökməsindən sonra dünən axşam saatlarında dağıntılar altından xilas edilən körpənin görüntüləri paylaşılıb.

İordaniya Mülki Müdafiə Qrupları 24 saatdan çox dağıntılar altında qalan körpənin xilas edilməsinin görüntülərini yayımlayarkən, Mələk adlı körpənin 4 aylıq olduğu bildirilib.

Səlahiyyətlilər hadisə nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyini də açıqlayıb.
İşin istintaqı davam etdirilir.

Tərcümə“24 SAAT”

Back to top button