2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Elon Maskın sözləri Tayvanlıları qəzəbləndirdi!

2022-10-10 17:57:44

Tesla və SpaceX-in baş direktoru Musk, müsahibəsində Tayvanın Çinə bağlı “xüsusi inzibati bölgə” olmasını təklif etdi.

Çinin Vaşinqtondakı səfiri Maska təklifinə görə təşəkkür edib, tayvanlı həmkarı isə “onun azadlıqlarının satılmadığını” deyib.

Çin müstəqilliyini tanımadığı Tayvanı öz ərazisi hesab edir.

Elon Musk keçən həftə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq təkliflərinə səs verdiyi Twitter sorğusu ilə tənqidlərə səbəb olmuşdu.

Maskın təklifləri arasında Ukraynanın Rusiyaya torpaq verməsi də var idi.

Maskın Tayvanla bağlı şərhləri Teslanın Çində aylıq satış rekordu qırdığı dövrə təsadüf edib.

ELON MUSK: MƏSLƏHƏTİM…

Cümə günü Financial Times-da dərc olunan müsahibəsində Elon Musk, “Mənim tövsiyəm budur ki, Tayvan xüsusi inzibati bölgə olmalıdır. Bu, hər kəsin xoşuna gəlməsə də, ağlabatan bir həll ola bilər. Honq-Konqla müqayisədə daha çevik bir razılaşma əldə etmək mümkün ola bilər” dedi.

Çinin ABŞ-dakı səfiri Qin Qang şənbə günü Maskın təklifini alqışlayıb.

Qin Twitter mesajında ​​qeyd edib ki, Honq-Konqda tətbiq olunan “dinc yolla birləşmə” və “bir dövlət iki sistem” Tayvan probleminin həllinin əsas prinsiplərini təşkil edir.

Səfir Qin qeyd edib ki, “Xüsusi inzibati rayon kimi Tayvan yenidən birləşmədən sonra Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarının təmin edilməsi şərti ilə geniş muxtariyyət və böyük inkişaf imkanlarından istifadə edə bilər”.

TAYVANDAN REAKSİYA

Tayvanın Vaşinqtondakı faktiki səfiri Hsiao Bi-khim cavab verdi: “Tayvan bir çox məhsul satır. Amma bizim azadlığımız və demokratiyamız satılmır”, – deyə o bildirib.

“Gələcəyimizin qalıcı həlli məcburiyyətdən azad və Tayvan xalqının demokratik istəklərinə hörmətlə yanaşaraq dinc vasitələrlə müəyyən edilməlidir”, – Hsiao Twitter mesajında ​​davam edib.

ABŞ-da yerləşən Wilson Center analitik mərkəzinin Geoİqtisadiyyat İnstitutunun və Hind-Sakit Okean İnstitutunun direktoru Şihoko Qoto BBC-yə bildirib ki, onun təklifi Maskın biznesinə zərər verə bilər.

“Unutmayaq ki, İlon Mask Twitter-i ələ keçirmək ərəfəsindədir” dedi Qoto. Twitter Çində qadağan edilib, çünki ifadə azadlığı yoxdur. Beləliklə, əgər o, Twitter-ə sərmayə qoyursa, onun şirkəti Çinin təzyiqi altında Tayvanda fəaliyyət göstərə bilməyəcək. “Bu, Elon Mask üçün intihar aktıdır” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button