Hər gün eyni meyvəni yeyən qadın ayağını itirirdi!

2022-09-08 11:38:11

ABŞ-dan “hər şeyin artıqlaması zərərlidir” deyimini sübut edən bir xəbər gəldi.

ABŞ-ın Sakit okean sahilində yerləşən Olympia şəhərində təcili tibbi yardım həkimləri olduqca nadir bir hadisə ilə qarşılaşdılar.

ULTRASƏS SCAN İLƏ AÇIQLADI

Ultrasəs müayinəsindən sonra 42 yaşlı qadın xəstənin sol ayağının damarlarını bağlayan böyük laxtanın olduğu aşkarlanıb.

Qanqren riski altında olan qadına ilk müdaxilə edənlər birbaşa tıxanmaya laxta həlledici dərman verərək qadının ayağını xilas ediblər.

Laxtanın əmələ gəlməsi dünyaca məşhur elmi jurnal The Lancet-in tədqiqat mövzusu olub.

Qreypfrut 1750-ci illərdə Yamaykada ortaya çıxan təbii hibrid növdür.

SƏBƏB QREYFRUTUN ARTIQ İSTİFADƏSİDİR

British Express qəzetində yer alan xəbərə görə, laxtalanma qadının həddindən artıq qreypfrut istehlakı səbəbindən baş verib.

Araşdırmaya görə, Qreypfrut suyu, CYP3A4 adlı, doğum nəzarət hormonu estrogenini parçalayan fermentin təsirini bloklayaraq, laxtalanma səviyyəsini, yəni qanın laxtalanma meylini artırır.

RİSK 3-cü GÜNDƏN ARTIR

Qreypfrut şirəsi çox yavaş parçalanır, yəni gündəlik istehlak edildikdə kumulyativ təsir göstərir.

Beləliklə, üçüncü gündən başlayaraq xəstənin estrogen səviyyəsi normadan dəfələrlə yüksəlir və laxtalanma riskinin artmasına səbəb olur.

Tərcümə“24 SAAT”

Back to top button