Havada dəhşətli ölüm… Gözəllik kraliçasının paraşütü açılmadı!

2022-09-04 11:30:54

Kanada insanı heyrətləndirən bir hadisəyə səhnə oldu.

21 yaşlı gözəllik kraliçası ilk dəfə tək yerdən 1200 metr yüksəklikdən paraşütlə tullanıb.

Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, Toronto Universitetinin fəlsəfə tələbəsi Tanya Pərdazi paraşütü açılmadığı üçün dünyasını dəyişib.

Avqustun 27-də baş verən qəza ilə bağlı rəsmi açıqlamaya görə, bədbəxt qadının əsas paraşütü açılmayıb.

Pərdəzi ehtiyat paraşütünü açmaq istəsə də, yerə yaxın olduğundan qaça bilməyib.

Qəzadan sonra xəstəxanaya çatdırılan gənc qadın bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Havada dəhşətli ölüm... Gözəllik kraliçasının paraşütü açılmadı

Onun dostu Melodi Özqoli CTV News Toronto-ya bildirib ki, Pərdəzi ilk dəfə məşqçisiz təkbaşına tullanıb.

Özqoli, “Tanyanın yeni və macəralı hər şeyə marağı var idi. Həyat onun üçün çox darıxdırıcı idi və həmişə macəralı bir şey etməyə çalışırdı. O, həqiqətən də bunun hər saniyəsini doya doya yaşadı”.

TikTok-da 100 min izləyicisi olan Pərdəzi 2017-ci ildə Miss Kanadada finalda olub.

Tərcümə“24 SAAT”

Back to top button