Hindistanda iki bina uçub: 12 nəfər ölüb

2022-09-16 14:42:34

Hindistanın Uttar Pradeş əyalətinin Həzrətqanc bölgəsində güclü yağışlar nəticəsində iki ev uçub.

Hadisə yerinə çoxlu sayda ilk yardım briqadaları göndərilib. Əyalət baş nazirinin müavini Brijeş Pathak 9 nəfərin hadisə yerində, 3 nəfərin isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.

Pathak, son 24 saatda əyalətin paytaxtı Lucknowda 35 millimetr yağıntının düşdüyünü və bunun “güclü yağıntı” kateqoriyasına aid olduğunu, bölgədəki məktəblərin bağlanılacağını qeyd etdi. Pathak bildirib ki, Laknaudan 40 kilometr cənub-qərbdə yerləşən Unnao şəhərində güclü yağış nəticəsində evin uçması nəticəsində 3 nəfər ölüb.

Hindistanın cənubundakı Benqaluru şəhərində bu ay iki gündür yağan güclü yağış səbəbindən evləri və yolları su basıb, bölgədə elektrik enerjisi kəsilib.

Tərcümə“24 SAAT”

Back to top button