2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Hindistanda ildırım vurması yenidən can aldı: 17 ölü

2022-09-03 14:43:10

Hindistanın 6 bölgəsində təsirli olan leysan yağışlar və güclü külək həyatı dayandırıb.

Bihar ştatında son 24 saatda ildırım vurması nəticəsində 3-ü uşaq olmaqla azı 17 nəfər ölüb.

Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu öyrənilib.

Meteorologiyadan verilən açıqlamada leysan yağışların yaxın günlərdə də davam edəcəyi bildirilib.

Bihar əyalətinin baş naziri Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və kömək təklif etdiklərini açıqlayıb.

Kumar, yaxın günlərdə də davam edəcəyi gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar ictimaiyyəti diqqətli olmağa çağırıb.

İyun və iyul aylarında Bihar ştatında ildırım vurması nəticəsində 60-dan çox insan həlak olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Back to top button