Hindistanda mikroavtobus xəndəyə yuvarlanıb: 11 nəfər ölüb, 25 nəfər yaralanıb

2022-09-14 12:28:04

Hindistanın Cammu Kəşmir bölgəsində 36 sərnişini olan mikroavtobus şarampole yuvarlanıb.

Qəzadan sonra hadisə yerinə gələn çox sayda ordu personalı və polis qrupları bölgə xalqı ilə birlikdə xilasetmə işlərinə qatılıb.

Sawjian kəndindən Mandi şəhərinə gedən avtobusda olan 11 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.

Yaralılar avtomobildən çıxarılaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Hindistan Prezidenti Draupadi Murmu tərəfindən edilən açıqlamada, “Poonç rayonunun Sawjian kəndində baş verən faciəvi yol qəzasında həyatını itirənlərdən dərin təəssüf hissi keçirirəm. Düşüncələrim və dualarım həlak olan ailələrin yanındadır. Yaralılara tezliklə şəfa diləyirəm. “

Tərcümə“24 SAAT”

Back to top button