İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib

2022-09-11 11:53:44

İndoneziyada baş verən 6,1 bal gücündə zəlzələ ölkənin qərbindəki adaları vurub.

Bildirilib ki, zəlzələ ilə əlaqədar 200-ə yaxın adam təhlükəsiz bölgələrə təxliyə edilib.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (BNPB) zəlzələnin 27 kilometr dərinlikdə, 5,3 bal gücündə afterşokun isə eyni bölgədə baş verdiyini açıqlayıb.

BNPB həmçinin bildirib ki, zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb, 1 məktəb və sağlamlıq mərkəzinə ziyan dəyib.

Tərcümə“24 SAAT”

Back to top button