İsrail bir həftə ərzində ikinci dəfə Hələb beynəlxalq hava limanını hədəfə alıb

2022-09-06 22:47:37

İsrail bir həftə ərzində ikinci dəfə Hələb beynəlxalq hava limanını hədəfə alıb. Suriyanın dövlət xəbər agentliyi SANA İsrail döyüş təyyarələrinin Hələb beynəlxalq hava limanını hədəfə aldığını, Suriyanın hava hücumundan müdafiə sistemlərinin İsrail raketlərini ələ keçirərək bir çoxunu məhv etdiyini bildirib. Hücum nəticəsində dağıntı və ya insan tələfatı barədə hələ məlumat verilməyib.

Digər tərəfdən İsrail avqustun 31-də axşam saatlarında Hələb Beynəlxalq Hava Limanına, oradan da paytaxt Dəməşqin cənub-şərqinə hava hücumu həyata keçirib. Hücumlarda maddi ziyanın olduğu bildirilir.

Tərcümə“24 SAAT”

Back to top button