İsveçdə radikal sağın yüksəlişi

2022-09-13 08:00:37

İsveçdə əvvəlki gün keçirilən ümumi seçkilərdə NATO namizədi Baş nazir Magdalena Anderssonun Sosial Demokrat Partiyası yüzdə 30,5 ilə birinci oldu. Lakin bu partiyanın hökumət qurmaq şansı azaldı. Qutuların 90 faizinin açıldığı qeyri-rəsmi nəticələrə görə, sağ blok partiyaları 49,7 faiz, azlıq hökuməti və hakim sol blok partiyaları isə 48,8 faiz səs toplayıb.

ONLAR İKİNCİ TƏRƏF İDİ

349 yerlik parlamentdə sağ partiyalar 175, sol partiyalar isə 174 deputat seçmək hüququ qazanıb. Radikal sağçı İsveç Demokratlar Partiyasının (SD) səs payını 20,6%-ə çatdıraraq ölkənin ikinci ən böyük partiyası olması diqqət çəkib. Sağçı blok partiyalarının azlıq hökuməti qurmağa çalışacağı və ifrat sağçı SD-nin bu hökuməti dəstəkləyəcəyi iddia edilib. Bununla belə, SD lideri Jimmie Akesson, “Hökumət danışıqlarında kənardan heç bir qurumu dəstəkləməyəcəyik, hökumətin tərəfdaşı olmaq istəyirik” dedi. Andersson hökuməti İsveçin NATO üzvü olmaq üçün müraciət etdiyi halda, Türkiyə PKK və FETÖ kimi terrorçuların təslim olmasını şərt qoymuşdu.

Tərcümə“24 SAAT”

Back to top button