Kolumbiya polisinə mina hücumu!

2022-09-03 11:32:45

Kolumbiyanın Huila bölgəsində polis maşınlarının keçidi zamanı yerə döşənmiş minalar partlayıb.

Səlahiyyətlilər tərəfindən edilən açıqlamada hücumda 8 polisin öldürüldüyü bildirilib.

Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada, “Huila əyalətinin San Luis qəsəbəsindəki bombalı hücumu qətiyyətlə rədd edirəm. Bu cür hücumlar mövcud sülhün sabotaj edildiyini açıq şəkildə göstərir” dedi.

Petro müdafiə naziri və digər rəsmilərlə təhlükəsizlik toplantısında iştirak etmək üçün Huila əyalətinin paytaxtı Neivaya gəlib.

Digər tərəfdən həyatını itirən polislərdən 3-nün 20 yaşdan kiçik olduğu öyrənilib.

Tərcümə“24 SAAT”

Back to top button