Korona bitməzdən əvvəl yeni virus panikası… Argentinada “sirli xəstəlik” həyəcanı

2022-09-02 13:29:44

2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.

Bir çox ölkə daha yoluxucu, lakin daha az ölümcül Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, Argentinadan gələn yeni virus xəbəri epidemiyanı bir daha gündəmə gətirdi.

İngilis İndependent qəzetindəki xəbərə görə, Argentinada sirli pnevmoniya görülüb.

Eyni xəbərə görə, sözügedən xəstəlikdən 3 nəfər dünyasını dəyişib. Səhiyyə rəsmiləri daha 6 nəfərin “mənşəyi bilinməyən pnevmoniya”ya yoluxduğunu açıqlayıb.

YENİ epidemiya həyəcanı

Ölümlər və ortaya çıxan hallar yeni bir viral GÖRÜNÜŞ narahatlığını artırdı.

Səlahiyyətlilər, xəstəliyə tutulan şəxslərdə edilən Covid və qrip testlərinin mənfi çıxdığını vurğulayaraq, bunun yeni bir virusa işarə etdiyini bildiriblər.

SƏHİYYƏ NAZİRİ AÇIQLADI: NƏFƏS ALMAQDA ÇƏTİNLİK VAR

Tucuman əyalətinin Səhiyyə Naziri Luis Medina Ruiz, xəstəliyə yoluxan insanların intensiv ağciyər infeksiyaları yaşadıqlarını və nəfəs almaqda çətinlik çəkdiklərini söylədi.

Sözügedən xəstəlik ölkənin şimal-qərbindəki Tucuman şəhərindəki özəl xəstəxanada müalicə olunan səkkiz tibb işçisində görüldü.

Bildirilir ki, xəstəliyin tibb işçilərində baş verməsi virusun yayılma sürətinin yüksək ola biləcəyini göstərə bilər.

Tərcümə“24 SAAT”

Back to top button