Məşhur rejissor Qodar dünyasını dəyişib

2022-09-14 08:00:38

Fransız Yeni Dalğa Hərəkatına öncülük edən və bir çox məşhur rejissora təsir edən Qodarın İsveçrənin Cenevrə gölü yaxınlığındakı Rolle qəsəbəsindəki evində dünyasını dəyişdiyi açıqlanıb. Ailəsi Qodarın evtanaziya ilə həyatına son qoyduğunu açıqladı. 1960-cı ildə çəkdiyi “Vaqrant Aşiqləri” filmindən əvvəl Qodar kino tənqidçisi idi və daha sonra Le Mépris (Nifrət), Une femme est une femme (Qadın qadındır) və Alphaville kimi filmlərə rejissorluq etdi. “Kiçik Əsgər” filmində dövlət tərəfindən işgəncə təsvirləri olduğu üçün 1963-cü ilə qədər qadağan edilmiş Qodar, öz dövründə aktyorlarına sərbəstlik verməklə və filmlərində improvizasiyalara icazə verməklə böyük təsir bağışladı. Fransa prezidenti Emmanuel Makron da Twitter hesabında Qodar üçün başsağlığı mesajı yazıb.

Tərcümə“24 SAAT”

Back to top button