MAQATE-nin nümayəndə heyəti Zaporojya AES-ə gəlib

2022-09-01 16:44:28

Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti münaqişələrin vurduğu ziyanı müəyyən etmək üçün Ukraynanın Enerqador şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasına gəlib.

Ötən gün Kiyevdən yola düşərək Zaporojye bölgəsinə çatan, daha sonra Enerqador şəhərində araşdırmalar aparan heyət, Birləşmiş Millətlər Təşkilatının (BMT) 9 müşahidə maşını və çoxlu sayda rəsmi mühafizə və mülki maşınla gəlib.

Rusiya və Ukrayna mətbuatında yer alan xəbərə görə, nümayəndə heyətinin Zaporojye bölgəsində hərtərəfli araşdırma apardığı, daha sonra elektrik stansiyasının yerləşdiyi Enerqador şəhərində baş verən qarşıdurmalarda görülən ziyanı bildirdiyi bildirilib.

Nümayəndə heyəti bu gün rəsmən araşdırmalara başlayacaq, lakin araşdırmaların nə qədər davam edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Tərcümə“24 SAAT”

Back to top button