Myanmanın devrilmiş lideri Suu Kyi 3 il müddətinə azadlıqdan məhrum edilib

2022-09-02 12:15:26

Myanmada 2021-ci il fevralın 1-də baş vermiş hərbi çevrilişdən sonra xunta rəhbərliyi tərəfindən həbs edilən Demokratiya Uğrunda Milli Birlik Partiyasının lideri Aunq San Suu Çinin müxtəlif ittihamlarla mühakimə olunduğu işlərdən biri yekunlaşıb. Suu Kyi 2020-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə saxtakarlığa yol verdiyinə görə bu gün ölkənin paytaxtı Nepidoda hərbi məhkəmədə keçirilən iclasda 3 il həbs cəzasına məhkum edilib.

Suu Kyi daha əvvəl qanunsuz radioya sahib olmaq və Covid-19 məhdudiyyətlərini pozmaqda 4 il, ictimaiyyəti təhrik etməkdə 2 il və korrupsiyada 5 il həbs cəzasına məhkum edilmişdi. Keçən ay Suu Kyi anasının adını daşıyan vəqfə bağışladığı pulla Nepidoda özünə ev tikdiyinə və eyni fond üçün bazar qiymətindən aşağı torpaq icarəyə götürdüyünə görə daha 6 il həbs cəzasına məhkum edilmişdi. Son inkişafla 20 il cəza çəkən Suu Kyi ona qarşı bütün ittihamları rədd etdi və ittihamları “siyasi gediş” kimi qiymətləndirdi. Suu Kyi bütün ittihamlar üzrə təqsirli bilinərsə, 150 ildən çox həbs cəzası ala biləcəyi təxmin edilir.

Myanmada 8 noyabr 2020-ci il seçkilərində saxtakarlıq iddiası ilə 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirən hərbi xunta, başda ölkənin faktiki lideri Aunq San Suu Kyi olmaqla bir çox məmur və hakim partiya rəhbərlərini həbs edib. Beynəlxalq ictimaiyyətdə sərt reaksiya ilə qarşılanan anti-demokratiya hərəkatından sonra başlayan kütləvi etirazları xunta rəhbərliyi zorakılıqla yatırtdı və çevriliş əleyhinə nümayişlərdə çoxlu mülki vətəndaşın həyatını itirdiyi ictimaiyyətə əks olundu. Çevrilişdən sonra həbsdə olan Suu Kyinin məhkəmə prosesi dinləmələrin bağlı qapılar arxasında keçirilməsi və prosesin kifayət qədər şəffaf olmaması səbəbindən beynəlxalq ictimai rəydə tənqid hədəfinə çevrilib.

Tərcümə“24 SAAT”

Back to top button