Pakistanda daşqın fəlakəti halları artırdı… Yüz minlərlə insan müxtəlif xəstəliklərə tutuldu

2022-09-04 20:12:30

Pakistanın səhiyyə orqanları, musson yağışlarının səbəb olduğu daşqın fəlakətindən zərər çəkmiş yüz minlərlə insanın təmiz su təminatında yaranan problemlər səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb. Sind vilayətinin səhiyyə naziri Həkim Azra Peçuho, “Sel səbəbiylə 134 mindən çox ishal və 44 min malyariya hadisəsi bildirildi. Bundan əlavə, daşqınlardan zərər çəkənlər arasında indiyədək 100 mindən çox dəri xəstəliyi qeydə alınıb”, – deyə o bildirib. Nazir Peçuho bildirib ki, Sind əyalətində tənəffüs xəstəlikləri də daxil olmaqla, digər xəstəliklərə yoluxma hallarında artım müşahidə olunub.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) ölkə daxilində daşqınlardan zərər çəkmiş bölgələrdə ən azı 650 min hamilə qadının olduğunu, onlardan 73 mininin bu ay doğum etməsinin gözlənildiyini və sağlamlıq xidmətinə ehtiyacı olduğunu bildirib. UNFPA həmçinin daşqınlar nəticəsində 1 milyona yaxın evin zərər gördüyünü xatırladıb və bir çox qadın və qızların gender əsaslı zorakılıq riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Pakistanda daşqınlar nəticəsində 1265 nəfərin həyatını itirdiyi açıqlanıb. Həmçinin, hökumət daşqın səbəbindən milli fövqəladə vəziyyət elan edib.

Tərcümə“24 SAAT”

Back to top button